azia.az
azia.az

Saakaşvili həbsindən bir neçə dəqiqə əvvəl gürcü xalqına müraciət edib – VİDEO

2-10-2021, 09:35


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbs olunmazdan bir müddət əvvəl video müraciət edib.

Azia.az xəbər verir ki, bu haqda informasiyanı Gürcüstanın "apsny.ge” saytı yayıb.
Saakaşvili həbsindən bir neçə dəqiqə əvvəl gürcü xalqına müraciət edib – VİDEO
"Çox güman ki, indi Tiflisdə tutulacağam, amma sizə demək istəyirəm ki, heç nədən qorxmayın. Sabah seçkiyə gedin, səs verin və üçüncü gün birlikdə qələbəni qeyd edəcəyik.


Mən möhkəm dayanıram. Sizə kömək etmək üçün gəlmişəm. Başqa çarəmiz qalmadı. Mən heç nədən qorxmuram, sizdən də qorxmayın”, deyə o, qeyd edib.

Xatırladaq ki, baş nazir İrakli Qaribaşvili Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin bu gecə həbs olunduğunu elan edib.

Nazirlər Kabinetinin rəhbəri xüsusi brifinqdə bildirib ki, Saakaşvili artıq cəzaçəkmə müəssisəsinə aparılıb.

Qaribaşvili saxlanmanın təfərrüatlarını açıqlamayıb, yalnız Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelauriyə və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qriqol Liluaşviliyə təşəkkürünü bildirib.

O, "Saakaşvilinin tutulması üçün düzgün vaxt və yer seçilib. Bu da onun saxlanılmasına mane törədəcək amilləri minimuma endirib” söyləyib.

(Bizim.media)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi