azia.az
azia.az

Hakim və sevgilisi öldürüldü

20-08-2021, 15:54

Hakim və sevgilisi öldürüldü
İtaliya B Seriyasında hakimlik edən Daniel De Santis və nişanlısı bıçaqlanaraq öldürülüb.

Azia.az: "NTVSpor"a istinadən xəbər verir ki, İtaliyanın cənubunda Leççe şəhərində yaşayan 33 yaşlı referi və 30 yaşlı nişanlısı Eleonora Manta evlərində naməlum şəxslərin hücumuna məruz qalıb.

İtalyan mətbuatında yer alan xəbərlərə görə bəzi şahidlər hadisənin ötən gün axşam saatlarında yaşandığını bildirib. Həmin vaxt De Santisin evindəki səs-küyü eşidən qonşular Təcili Tibbi Yardım maşını çağırıb. Ancaq həkim müdaxilələrinə baxmayaraq hakim və onun sevgilisinin həyatını xilas etmək mümkün olmayıb.

Aidiyyatı orqanlardan verilən məlumata görə hadisənin qurbanlarla qatil arasında şəxsi münasibətlərdən qaynaqlanma ehtimalı var.

İndiyə qədər 130 matçda idarəçilik edən De Santis 2017-ci ildə B Seriyasında hakimlik etmək hüququ qazanıb.Fanat.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi