azia.az
azia.az

Gənc qız sevgilisinin gözü qarşısında zorlandı

10-04-2017, 12:45

Gənc qız sevgilisinin gözü qarşısında zorlandı

Qoruqda dincəlmək istəyən sevgililər şok yaşadı

Ən çox miqrantın üz tutduğu Almaniyada miqrantla bağlı yeni qalmaqal yaranıb. İstiPress-in "Komsomolskaya pravda"ya istinadla verdiyi məlumata görə, Bonn şəhərində gənc qız miqrant tərəfindən zorlanıb. Hadisə onun sevgilisinin gözü qarşısında, Ziqae qoruğunda baş verib.

Gənc cütlük - 23 yaşlı qız və 26 yaşlı sevgilisi təbiət qoynunda dincəlmək istəyib. Bu zaman Qanadan olan və xəncərlə silahlanmış miqrant gənc qızı zorla sevgilisi ilə olduğu çadırdan çıxarıb və ona təcavüz edib.

Cinayətkar qaçan kimi qızın sevgilisi polisə məlumat verib. Adı açıqlanmayan qız xəstəxanaya yerləşdirilib.

Hadisə ötən həftə baş versə də, zorlamada adı hallanan miqrantı bu həftəsonu yaxalamaq mümkün olub. Ziqburq şəhərində onu fotosundan tanıyan insanlar polisə məlumat veriblər.

Qanalı gəncin günahı isə DNT analizindən sonra müəyyən edilib, çantasından isə oğurladığı əşyalar aşkar edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi