Bakıda 85 yaşlı kişi intihar edib
Bakıda yaşlı kişi intihar edib.
Azia.az-a istinadən xəbər verir ki, hadisə avqustun 16-da səhər saatlarında qeydə alınıb. 1936-cı il təvəllüdlü Əliyev Sultan Vəli oğlu paytaxtın Nizami rayonunda yaşadığı evdə sirkə içərək intihara cəhd edib.
O, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, S.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Nəticədə 85 yaşlı kişi həmin gün axşam saatlarında dünyasını dəyişib.
Onun hansı səbəbdən intihara etməsi hələlik dəqiq bilinmir.
Faktla bağlı araşdırma aparılır.