Koronaya yoluxan 19 yaşlı futbolçu qəflətən öldü
İtaliyanın "Atletiko Terme Fyuci" komandasının 19 yaşlı futbolçusu Marko Tampvo infrakt keçirərək dünyasını dəyişib.
Azia.az xəbər verir ki, bir neçə gün öncə koronavirusa yoluxan Tampvonun vəziyyəti qəflətən pisləşib. Nəticədə valideynləri təcili tibbi yardım çağırıblar. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.