azia.az
azia.az

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının əməkdaşları “YAŞAT” fonduna növbəti dəfə ianə ediblər

7-07-2021, 20:12



Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının əməkdaşları “YAŞAT” fonduna növbəti dəfə ianə ediblər
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinin təminatına dəstək üçün növbəti dəfə “YAŞAT” fonduna vəsait köçürüb.
MEK-in əməkdaşları aylıq maaşlarından könüllü olaraq fonda ianə ediblər.
“YAŞAT” fondu Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanına əsasən yaradılıb.
Hər şey Vətən üçün!
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi