azia.az
azia.az

Rusiyada 30 nəfərin ölümünə səbəb olan 3 nəfər azərbaycanlı saxlanıldı - Görün kimdir

11-10-2021, 08:24

Rusiyada 30 nəfərin ölümünə səbəb olan 3 nəfər azərbaycanlı saxlanıldı - Görün kimdir
Rusiyanın Orenburq vilayətində saxta içkidən ölənlərin sayı 30 nəfərə çatıb.

Xəbər verilir ki, həmin saxta içkini hazırlayan 9 nəfər saxlanılıb. Onlardan 3-ü azərbaycanlı Şirvan Babazadə, Sadiq Əliyev və Əliyev soyadlı daha bir nəfər olub. Hər 3 şəxs həbs edilib və verdikləri ifadədə törətdikləri cinayəti qismən etiraf ediblər.

Ş. Babazadə və S. Əliyev bundan əvvəl də saxta içki hazırladıqları üçün məhkum olunublar.

Bundan əlavə, hadisə nəticəsində ölənlərin sayı 30 nəfər çatıb. Tələfat sayının artması istisna edilmir.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın Orenburq şəhərində saxta içki səbəbilə kütləvi zəhərlənmə və ölüm hadisəsi barədə xəbər verilmişdi.32gun.news


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi