azia.az
azia.az

Çində koronavirusdan ölənlərin sayı 132-ə, yoluxanların sayı 5,9 min nəfərə çatıb

29-01-2020, 11:20

Çində koronavirusdan ölənlərin sayı 132-ə, yoluxanların sayı 5,9 min nəfərə çatıb
Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.Bildirilir ki, 2019-nCoV koronavirusa yoluxanların sayı 5,974 nəfərə çatıb. Dövlət komitəsinin məlumatına görə, virusdan ölənlərin sayı 132 nəfərə çatıb.
Nazirliyin xəbərində qeyd edilir ki, 1239 nəfərin vəziyyəti ağırdır. Məlumata görə, daha 9,2 min nəfərin koronavirusa yoluxduğu ehtimal edilir. Lakin bu diaqnozlar hələ təsdiqlənməyib. Çində bu virusla bağlı karantində 60 mindən çox insan var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi