azia.az
azia.az

Çində koronavirusdan ölənlərin sayı 213-ə, yoluxanların sayı 9390 nəfərə çatıb

31-01-2020, 11:56


Çində koronavirusdan ölənlərin və yoluxanların sayı artıb.
Çində koronavirusdan ölənlərin sayı 213-ə, yoluxanların sayı 9390 nəfərə çatıb
"Report" xəbər verir ki, bu barədə "Vani" portalı məlumat yayıb.

Məlumata görə, siyahıda birinci yerdə Hubey əyaləti qərarlaşıb. Əyalətdə 204 nəfər yeni virusun qurbanı olub. Həmçinin 6,1 min nəfər virusa yoluxub.

Qeyd edilir ki, ölkə ərazisində yeni pnevmaniyaya yoluxanların ümumi sayı 9390 nəfərə çatıb.

Virusun yayılmasına görə siyahıda ikinci yerdə Çjeçyan (428 yoluxma) qərarlaşıb. Təhlükəli ərazilərə həmçinin Quandun (354 yoluxma), Xenan (278 yoluxma və 2 ölüm hadisəsi) da daxildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi