azia.az
azia.az

Hələbdə partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb

16-04-2017, 11:03

Hələbdə partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb

Suriyanın Hələb şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.

“Suriya mülki müdafiə” qeyri-hökumət təşkilatının məlumatına əsasən, hadisə nəticəsində 55 nəfər yaralanıb.

20:25

Suriyanın Hələb şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, 130 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlər arasında xeyli sayda qadın və uşaq var.

Hadisə şəhərin qərbində, şiələrin yaşadığı Fua və Kefrayadən təxliyə edilən insanları daşıyan avtobusların yanında törədilib. Məlumata görə, terroçu-kamikadze avtomobilini avtobusların yanında partladıb.

19:35

Suriyanın Hələb şəhərində partlayış törədilib.

APA-nın “RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, nəticədə 22 nəfər ölüb, 50-ə yaxın yaralı var. Hadisə şəhərin qərbində, şiələrin yaşadığı Fua və Kefrayadən təxliyə edilən insanları daşıyan avtobusların yanında törədilib. Məlumata görə, terroçu-kamikadze avtomobilini avtobusların yanında partladıb.

Fua və Kefraya kəndləri üç ildən çoxdur mühasirədədir. Həmin yaşayış məntəqələrində 20 minədək insan yaşayır. Məlumata görə, üç ildə terrorçular 400-ü uşaq olmaqla iki min nəfəri öldürüb. Fua və Kefrayadan insanların təxliyə olunmasına dair hökumətlə terrorçular arasında razılıq əldə olunub. Ötən gün Hələbə 75 avtobusdan ibarət maşın karvanı gəlib, beş minə yaxın insanı təxliyə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi