Ailəsini aclıqdan xilas etmək üçün qızını satdı
Əfqanıstan sakini Mir Nazir yeddi nəfərlik ailəsini aclıqdan xilas etmək üçün 4 yaşlı qızını 590 dollara satmaq məcburiyyətində qalıb.
Xəbər verilir ki, bu barədə Mir Nazir "Times" qəzetinə bildirib.
Uşağı olmayan mağaza sahibi ondan qızı Safiyə üçün birlikdə yaşaması və dükanında çalışması üçün 20 min əfqan pulu (təxminən 236 dollar) təklif edib. Lakin Nazir uşağını belə aşağı qiymətə satmağa razılaşmayıb.
Nəticədə iş adamı 4 yaşlı Safiyə üçün 50 min əfqan pulu (təxminən 590 dollar) ödəyəcəyini bildirib.
Qeyd edək ki, "Taliban" paytaxtı ələ keçirməzdən əvvəl həyat yoldaşı və beş uşağı ilə birlikdə Kabilə köçən Mir Nazir keçmiş polis əməkdaşıdır."Ölkə.az"