Müəllimdən inanılmaz addım - şagirdini evdən 7 min dollar oğurlamağa məcbur etdi
13 yaşlı məktəblini valideynlərindən 3 milyon rubl (7 min dollar) oğurlamağa məcbur edən qazaxıstanlı repetitor-müəllim Moskvada məhkəmə qarşısına çıxarılıb.
Xəbər verilir ki, pulu götürüb 13 yaşlı ilə birlikdə vətəninə qaçmaq istəyən riyaziyyat müəllimi Sverdlovskda saxlanılıb. Qeyd edilir ki, 29 yaşlı Qazaxıstan vətəndaşı bu ilin mart ayında Moskva məktəblisinə dərs keçməyə başlayıb. Bu müddətdə valideynlərinin etibarını qazanıb. Nəticədə uşağı evdən pul oğurlamağa belə vadar edə bilib. İndi müəllim iki maddə üzrə mühakimə olunacaq. Rusiya Cinayət Məcəlləsinin 150-ci maddəsi "Yetkinlik yaşına çatmayanın ağır cinayət törətməsinə cəlb edilməsi" - yeddi ilədək həbs və 158-ci maddə - xüsusilə böyük miqyasda pul oğurlamaq üstündə on ilədək həbs. Bununla da ömrünün 17 ilini barmaqlıqlar arxasında keçirə bilər.