azia.az
azia.az

İş adamı qızı ilə evlənəcək adama 314 min dollar vəd etdi

6-03-2019, 00:44

İş adamı qızı ilə evlənəcək adama 314 min dollar vəd etdi
Tailandda bir iş adamı qızını ərə vermək üçün müsabiqə həyata keçirmək qərarına gəlib.

Durian adlanan meyvə satışı ilə məşğul olan 58 yaşlı Arnon Rodthonq, sosial şəbəkələrdə yazdığı statusunda bir müddətdir evlənmək istəyən 26 yaşlı qızına ideal bir həyat yoldaşı tapa bilmək üçün müsabiqə keçirmək niyyətində olduğunu deyib. İş adamı qızı ilə evlənəcək adama 314 min dollar pul verəcəyini açıqlayıb.

İş adamı keçirəcəyi yarışmanın şərtlərini açıqlamayıb.

"Əgər birinin gəlib qızımla evlənməsini gözləsəm, bu, çox vaxt aparar. Ona görə də indidən gəlməsini istəyirəm”,-deyə o əlavə edib.

Xəbərdə iş adamının qızı Karnistanın atasının bu fikrindən məmnun olduğu da bildirilir: "Seçici bir insan deyiləm. Müxtəlif tədbirlərə aparıb bərabər şəkil çəkdirə biləcəyim birini axtarıram”.

İş adamının bu elanının ardından yüzlərlə insan onun qızı ilə evlənmək üçün müraciət edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi