azia.az
azia.az

ABŞ, niyə Çini Tayvana hücuma sövq edir?!

23-05-2022, 23:28


ABŞ, niyə Çini Tayvana hücuma sövq edir?!
ABŞ, niyə Çini Tayvana hücuma sövq edir?!
ABŞ prezidenti Cozef Bayden Yaponiyada rəsmi səfərdədir və o,bu ölkənin baş naziri Kişida Fumio ilə görüşündə bəyan edib ki,əgər Çin Tayvana hücum etsə,biz adaya hərbi yardım göstərəcəyik.
Biz hələ dəqiq bilmirik ki,Pekin Tayvana hücum edəcək,ya yox. Onu bilirik ki,Pekin "Vahid Çin"konsepsiyasına uygun olaraq,Tayvanı özünə birləşdirmək istəyir.Hətta Çin bu prosesin Honkonqda oldugu kimi problemsiz yoluna qoymagın tərəfdarıdır.Əvvala,tayvanlı deyilən bir millət yoxdur və adadakı xalq Mao ZeDonqun 1949-cu ildə qurdugu kommunist rejimdən qaçib Tayvan adasında məskunlaşmışdılar.Tayvan adasındakı çinlilər kommunist yox,milliyətçidirlər.Halbuki,1920-ci ilə qədər kommunist və milliyətçi çinlilər(xan çinli irqi)birlikdə olsalar da,daha sonra düşmənə çevrildilər.
Məsələ bundan ibarətdir ki,Çin Tayvan adasını özünə güc yolu ilə birləşdirməyi də istisna etmir.Üstəlik,adada Çinlə birləşmək istəyənlərin sayı heç də az deyil.Hətta Tayvanda iqtidarda liberal hökumət olsa da,müxalifətdəki milliyətçilər "Vahid Çin"ideologiyasına isti yanaşırlar.Baxmayaraq ki,milliyətçi çinlilər elə Mao ZeDonqun kommunistlərindən qaçıb adada yerləşmişdilər,lakin indi onlarla vahid dövlətdə birləşməyin tərəfdarıdırlar.
ABŞ bu gün "Vahid Çin"ideologiyasını qəbul edir,ancaq adanın zorla birləşdirilməsinə qarşıdır.Hazırda dünyanın nəzərləri Rusiyanın Ukraynayadakı işgalçılıq siyasətində olsa da,Çin və Tayvan arasında ehtimal olunan müharibə də diqqətdən qaçırılmamalıdır.ABŞ öz geopolitik maraqları üçün Çinə də tələ qura bilər,ancaq bunun ən böyük zərərini yenə qitə Avropa çekəcək.Çünki Çin-Avropa İttifaqı arasındakı ticarət dövriyəsi ABŞ-Aİ arasındakı ticarət əməkdaşlıgını ötüb.
Üstəlik,Çin 2028 və ya 2030-cu ildə dünyanın ən böyük iqtisadi gücü olacaq.Bu faktı hətta ən nüfuzlu amerikalı politoloqlar,strateqlər də etiraf edirlər.ABŞ isə Çinin Tayvana hücum etməsini istəyir ki,qərb sərmayəsindən asılı olan bu ölkəyə qarşı da sanksiyalar tətbiq etsin.Təbii ki,rəy sorgularında nüfuzu 39%-ə qədər enən C. Baydenə də Uzaq Şərqdə Çinin zəifləməsi lazımdır.Ən azından,amerikalılara iqtisadi problemləri bir müddət unutdurmaq üçün.
Bu arada,ehtimal olunan ərzaq böhranını da ciddiyə almalıyıq.
Çin hökuməti isə hətta ABŞ ilə də müharibəyə hazır oldugunu bəyan edir.
Görək ABŞ-ın bu dəfə arzusu "çin"olacaqmı?

Kamal Aliyev, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi