SON DƏQİQƏ: Çin ordusu hərəkətə keçdi, qırıcılar havadadır - MÜHARİBƏ... / FOTO
Çin hökuməti müstəqilliyini tanımadığı Tayvan və müttəfiqi ABŞ-a növbəti dəfə gözdağı verib.
Azia.az xəbər verir ki, Çin ordusuna məxsus 24 döyüş təyyarəsi Tayvana yaxınlığında uçuş həyata keçiriblər.
Əvvəlcə iki qrup halında hərəkət edən təyyarələrdən 19-u, daha sonra 5-i Tayvana doğru irəliləyib. Çin təyyarələri Tayvanın cənub hissəsinə qədər yaxınlaşıblar.
Tayvan Müdafiə Nazirliyinin "Twitter" hesabında bildirilib ki, adaya doğru uçan təyyaraələr arasında nüvə başlığı daşıya "H-6" bombardmançı da yer alıb.
Çin təyyarələrinin hava məkanını və 12 millik sahil xəttini pozmadığı bildirilib.
Qeyd edək ki, Pekin rəhbərliyi Tayvanın çərşənbə günü Trans-Sakit Okean Tərəfdaşlığı Sazişinə qoşulmaqla bağlı müraciətinə sərt reaksiya verib və 'Bir Çin' siyasətini xatırlatıb.