azia.az
azia.az

Qərbin Ukrayna məsələsinə vahid mövqeyi yoxdur

23-01-2022, 12:33

Qərbin Ukrayna məsələsinə vahid mövqeyi yoxdur
Qərbin Ukrayna məsələsinə vahid mövqeyi yoxdur.

Bu,Putini daha da aqressivləşdirir.

Hal-hazırda Qərb mediasında ABŞ prezidenti Cozef Bayden Ukrayna barəsində söylədiyi son sözlərə tənqid hədəfinə tuş gəlib.
Deməli,C.Bayden son açıqlamasında demişdi ki,Rusiyanın kiçik bir ərazini işgal edəcəyini düşünürəm.Məhz bu cümlə(və ya qaf)həm Ukraynada,həm də Qərb mediasında məyusluq yaradıb.
Baydenin bu açıqlamasına Ukrayna prezidenti Volodomir Zelenski öz tiviter hesabından dərhal cavab verdi.
V.Zelenski belə paylaşım etmişdi ki,böyük güclərə kiçik əhatəli işgal deyilən bir şey yoxdur və "kiçik xalqlar"deyilən bir anlayış da dogru deyil.
V.Zelenski daha sonra yazmışdı ki, kiçik həcimli itki yoxdur,itirdiyiniz yaxınlarınızın arxasından çox az yas saxlamaq deyilən anlayış da yoxdur və mən bunu Ukrayna kimi böyük bir dövlətin prezidenti kimi deyirəm.
Hazırda Qərb mediasının irəli sürdüyü arqumentlərdən biri də budur ki,ABŞ Ukraynanın Rusiya tərəfindən işgalına "yaşıl işıq"yandırıb.
Təbii ki,qərb ölkələrində azaddır və istədiyi mülahizələri,ehtimalları və arqumentləri irəli sürə bilir.
Dogrudur,C.Bayden "kiçik bir ərazinin işgalı"sözünü işlətdi.Ancaq Ag Ev daha sonra cənab Baydenin sözlərinə düzəliş etdi.
Ag Ev Baydenin açıqlamasını belə korrekt etdi ki,prezident "sərhədi keçən hər hansı rus hərbçi qrupunu" nəzərdə tutub və belə bir hal baş versə,Rusiyaya qarşı agır iqtisadi sanksiyalar tətbiq olunacaq.
Açıgı,Ag Evin C.Baydenin sözlərinə düzəliş etməsi bir az gecikdi və mediada mübahisələr hələ də davam etməkdədir.
ABŞ və Avropa dövlətləri Rusiya aqresiyasına qarşı vahid mövqeyə sahibdilərmi?
Əvvala,Rusiyanın Ukraynaya intervensiyası baş versə(ehtimal hələ də var)bu aqresiya daha da dərinləşəcək.Yəni,Ukraynayı ram edən Rusiya prezidenti Vladimir Putinin iştahı necə deyərlər daha da artacaq.
Şübhəsiz,V.Putinin sonrakı hədəfi baltikyani ölkələrdir.Litvada 4-5% rus yaşasa da,Latviya və Estoniyada 20-25% rus əhalisi yaşayır.
Xüsusilə,Latviyanın Belorus,Estoniyanın da Rusiya ilə sərhəd ərazilərində xeyli sayda rus yaşayır.
Ruslar təbii ki,kremlin dəstəyi ilə baltikyanı respublikalarda kifayət qədər təşkilatlanıblar,hətta seçkinin nəticələrinə təsir edən siyasi partiyalara da sahibdirlər.
Razıyam ki,Ukraynanın NATO üzvü olmaması Putini bu ölkəyə hücum etməyə daha da şirnikləndirir.
V.Putin baltikyani ölkələrə hücum etməz,çünki NATO-nun 5-ci maddəsi dərhal işə keçər.
Putin baltikyani ölkələrdə növbəti "hibrid"taktikasını reallaşdıraraq,bu kiçik respublikaları daxilindən qarışdıra bilər.
Yadınızdadırsa,Latviya,Litva və Estoniya 2004-cü ildə Avropa İttifaqı və NATO-ya daxil olanda,bu kreml tərəfindən qəzəblə qarşılanmışdı.
Hazırda ABŞ və Avropa dövlətlərinin Rusiyanın Ukraynaya müdaxiləsinə görə birləşdiyini görmək mümkündür.Lakin bu,daha çox siyasi mövqedir.
Əsas mübahisə mövzusu Qərbin Rusiyaya qarşı tətbiq edəcəyi və ya etmək istədiyi sanksiyalar məsələsindədir.
Bəli,sanksiyalar mövzusunda ABŞ və Aİ arasında "çat"var.
Təbii ki,Rusiyanın Ukraynayı qismən və yaxud tam işgal etməsi Avropanın təhlükəsizlik arxitekturasına ciddi şəkildə təsir edəcək.Bu nöqteyi-nəzərdən,kollektiv Qərb aralarındakı "qafa qarışıglıgını"bir kənara qoyub Rusiyanın aqresiyasına qarşı səmimi şəkildə birləşməlidirlər.
Yoxsa,türklər demişkən,atı alan Üsküdarı keçib"deyimi reallaşacaq.
Dediyim kimi,Rusiyaya qarşı kollektiv Qərb hələ tam vahid mövqe sərgiləyə bilmir.Və bu,heç şübhəsiz ki,avtoritar Putini daha da həvəsləndirə bilər.Çünki,bunu Putin üçün "göydəndüşmə fürsət"kimi də dəyərləndirmək olar.
V.Putin avtoritar liderdir və avtoritar siyasətçilər miqyasca daha opportunist olurlar.
Bu baxımdan,V.Putin kollektiv Qərbin aktorları arasında Rusiyaya qarşı birmənalı münasibətin olmamasından istifadə edərək,Ukraynayı tam şəkildə işgal etmək əvəzinə,daha az miqyaslı,lokal və dramatik "addımlar"ata bilər.
Əlbəttə,bütün hallarda Rusiyanın Ukraynada hərbi və siyasi varlıgı kontinental Avropanın təhlükəsizlik arxitekturası üçün böyük təhdid kimi qalmaqda davam edəcək.


Kamal Aliyev, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi