azia.az
azia.az

Çin Tayvanı işgal etməyə girişərmi?

10-04-2022, 08:57

Çin Tayvanı işgal etməyə girişərmi?
"Newsweek"yazır ki,Çin Tayvanı geri qaytarmaq əməliyyatına payız aylarında başlamagı planlaşdırıb.Məlumatı ABŞ kəşfiyyatı yayıb.
ABŞ mətubatı onu da yazır ki,Pekin Tayvan ətrafındakı üç adaya gəmi əleyhinə raketlər və zenit-raket sistemləri yerləşdirib.Pentaqon isə Tayvana səfərbərlik sistemini islah etməyə və vətəndaşlarını döyüşə hazırlamagı məsləhət görüb.
Qeyd edim ki,Tayvanın öz konstitusiyası,24 milyon əhalisi,demokratik iqtidarı və 300 minlik ordusu var.
Çin-Tayvan konflikti ikinci dünya müharibəsindən sonra baş verən vətəndaş müharibəsindən sonra yarandı.Mao Zedonq rəhbərlik etdiyi Kommunist partiyası hakimiyyəti ələ keçirib Çin Xalq Respublikasının yaradıldıgını elan etdi.Çin Milliyətçi Partiyasının(Kuomintaq) lideri Çan Kayşek bu hadisədən sonra Tayvan adasına qaçaraq 1912-ci ildə qurulmuş Çin respublikasını təsis etdilər.
Maraqlı budur ki,Çin hökuməti Tayvanın müstəqilliyini tanımasa da,bu "dövlət"1971-ci ilədək BMT Baş Assambleyasında Çini təmsil edib.Daha sonra BMT Baş Assambleyasında keçirilən səsvermədə Pekin hökuməti Çinin tək qanuni təmsilçisi kimi tanındı.
Bir maraqlı məqam həm də budur ki,1949-cu ildə Tayvanda kaçan Çin millətçilərinin Kuomintaq partiyası bu gün Pekinin "Tək Çin"konsepsiyasına müdafiə edir.Hazırda Kuomintaq partiyası Tayvanda müxalifətdədir.İqtidardakı Demokratik Proqres Partiyası(DPP)Tayvanın müstəqilliyini müdafiə edir.Ümumiyyətlə,Tayvan əhalisinin əksəriyyəti adanın müstəqilliyinə tərəfdardır.
Tayvan şirkətləri Çin iqtisadiyyatına 60 milyard investisiya yatırıb və hazırda bu ölkədə 1 milyon tayvanlı yaşayır.Tayvan və Çin arasında iqtisadi əlaqələrə diqqət yetirəndə görürük ki,Pekin ada üzərində üstünlüyü artmaqdadır.
Çinin Tayvandan istədiyi "Bir ölkə,iki sistem"konsepsiyasını qəbul etməsidir.Əvəzində,Çin Tayvana geniş muxtariyyət hüququ verəcəyini bəyan edib.
Görünən budur ki,Çin yaxın gələcəkdə Tayvana qarşı hərbi əməliyatlara başlaya bilər.Mən amerikalılar kimi bu hücumun payızda olacagına əmin olmasam da,bunun gec-tez baş verəcəyinə inanıram.Hətta onu deyim ki,V.Putin Ukraynada istədiyinə tez bir zamanda nail olsaydı,bu,Çinin Tayvana qarşı işgal hərəkatını tezləşdirərdi.Rəsmi Pekin Rusiya-Ukrayna müharibəsini izləyir və ona görə addım atacagını güman etmək olar.Bu səbəbdən,Çin ABŞ-ın agır iqtisadi sanksiyalarına da hazırlaşmaqdadır.Hətta Çinin dünyadakı taxıl ehtiyatının 60%-ini ambarlarında topladıgı deyilir.Bir fərziyə də budur ki,Çin payızdan əvvəldə Tayvana hücum edə bilər.Bunu zaman göstərəcək,ancaq Yeni Dünya Nizamınl Çin olmadan qeyri-mümkün olacagı qənaətindəyəm.Çin iqtisadi gücünə görə Rusiyadan daha qüvvətlidir və hazırlıqlıdır.Bu həqiqəti də unutmayaq...
Bunu Qərb də yaxşı anlayır.Çin və Rusiya ilə birlikdə mübarizə aparmaq isə ABŞ üçün çox çətin olacaq.


Kamal Aliyev, politotloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi