Arayik Paşinyanın Qarabağa gəlməsinə icazə vermədiyini bildirdi... - Ermənistan KİV
Laçındakı dövlət sərhədimizi pozaraq Qarabağa səfər edən bir qrup erməni "ziyalı" Xankəndindəki separatçı-terrorçu rejimin Azərbaycan dövləti tərəfindən aranılan(?) başçısı Arayik Arutyunyanla görüşüb. DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, "Hraparak" nəşrinin yazdığına görə, görüş zamanı ermənilər Arayikə bir neçə sual vermək və onun cavablarını eşitmək imkanı əldə edib.
Ermənilər əvvəlcə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın niyə müharibədən sonra heç Qarabağa getmədiyi haqda soruşublar. Arayik Arutyunyan da Matrosov kimi "atəşi öz üzərinə götürərək Paşinyanı Qarabağ “buraxmayacağını” bəyan edib. O, Nikol Paşinyanın təhlükəsizliyini təmin edə bilmədiklərini, ona görə də onun Qarabağa səfər etmədiyini söyləyib. Bununla belə, Qarabağa səfər edən erməni "ziyalılar" qrupu heç bir təhlükənin olmadığına əmin ola biliblər.
"Rusiya sülhməramlıları yollarda patrulluq edirlər, azərbaycanlıları isə uzaqdan yalnız Rusiya qoşunlarının nəzarət-buraxılış məntəqəsinin də yerləşdiyi Şuşa yaxınlığında görmək olur. Odur ki, azərbaycanlılar nəsə törətməyə, çətin ki, cəsarət edə bilərlər"- erməni nəşri belə yazır.
Mənbə:My Webpage