Xankəndidəki separatçılar əl-ayağa DÜŞDÜLƏR - Paşinyanın Arutyunyanla TƏCİLİ görüş səbəbi NƏDİR? - DETALLAR
“Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Nikol Paşinyan Brüsseldən qayıdan kimi Qarabağda qalan separatçıların rəhbəri Arayik Arutyunyanla görüşüb. Bununla da İrəvan bununla separatçıları tərəf kimi təqdim edir” .
Metbuat.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz proqnozlarını verib. Onun açıqlamasına görə, bu qəbulun əsas səbəbinin Laçın dəhlizi məsələsi olduğu ehtimalı böyükdür.
“Brüssel razılaşması praktiki mərhələdə icra olunarsa, Bakı Laçın dəhlizinə nəzarət-buraxılış məntəqəsi qoyacaqdır. Prezident İlham Əliyevin Laçın dəhlizi açıqlamasından sonra Xankəndidəki separatçılar əl-ayağa düşdülər. Məhz baş separatçı Araikin dünən qondarma “təhlükəsizlik şurasının” iclasını çağırması da bundan qaynaqlanırdı. İstisna deyil ki, Paşinyan Araiklə bu məsələ üzərində müzakirə aparıb və Ermənistanın separatçıların arxasında olduğunu göstərməyə çalışıb”.
Asif Nərimanlı onu da qeyd etdi ki, Əliyevin Laçın dəhlizi açıqlaması həm də Qarabağdakı ermənilərə “gələcəyiniz Ermənistana bağlı deyil” mesajı idi.
Siyasi şərhçi Aqşin Kərimov isə düşünür ki, Nikol Paşinyan Arayikə vəziyyətin heç də onları xeyrinə olmadığını deyəcək. O, razılaşmaların həyata keçirilməsi üçün Arayikə xəbərdarlıqlar edəcək.
“Bu qənaəti gücləndirən amil budur ki, Brüssel təmaslarından dərhal sonra Paşinyan xoşməramlı fikirlər səsləndirdi. Üstəgəl, Azərbaycanın güclü hərbi resursu mövcuddur ki, onun bir hissəsini işə salmaqla antiterror əməliyyatları aparsın və separatçıları zərərsizləşdirsin. Təbii ki, bu məsələdə Rusiya ilə də razılıq əldə edilməlidir, axı ortada sülhməramlı faktoru var. Qərbdəki təmaslar Rusiyanın qəzəbinə səbəb ola bilər və onlar yenidən Arayik kartını aktiv hala gətirə bilər. Nəzərə alaq ki, Brüsseldə Fransa Prezidenti Emmanuel Makronun da təşəbbüsü ilə Əliyevlə Paşinyan bir araya gəldi. Fransanın da mövqeyi bəllidir. Hələlik, indiki mərhələdə birinci versiya daha inandırıcı görünür. Dərin yanaşanda isə ikinci versiyanın da inandırıcılığı güclənir, ancaq bəllidir ki, Azərbaycan ərazi bütövlüyünü tam formada bərpa etmək niyyətini açıq ifadə edir. Görünən budur ki, mövqelərin toqquşması mərhələsi özünü mövqelərin uzlaşdırılması mərhələsinə təhvil verir. Bununla belə, bu uzlaşdırmada da maraq toqquşması qaçılmazdır”.