Xankəndindəki separatçıların lideri Arutyunyan qaçır
Veteninfo.az xəbər verir ki, 44 günlük müharibədən sonra,Xankəndinə yerləşdirilən Rus sülhməramlılarının kölgəsi altında hərəkət edən Xankəndindəki separatçıların lideri Arayik Arutyunyan bəyan edib ki,o siyasətdən gedir.Erməni mediasının xəbərinə görə, Arutyunyan rəhbərlik etdiyi “Azad Vətən” partiyasının 17-ci yubiley toplantısında qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Ermənistanda yayımlanan media orqanları yaydıqları xəbərlərdə vurğulayırlar ki, separatçı Arayik Arutyunyanın rəhbəri olduğu partiyanın qurultayı növbədənkənar olacaq.
Erməni siyasilər Arayik Arutyunyanın bu addımını özünü sığortalama və gələcəkdə cəzalandırmamaqla izah edirlər.Onların fikrinə görə, Arayik Arutyunyan 44 günlük müharibə zamanı buraxdığı səflərə görə cəzalandırılmalı,Xankəndi erməniləriə Beynəlxalq Erməni Fondu tərəfindən ayrılan milyonlarla dolların necə mənimsənildiyinin hesabatını verməlidir.