Arayik Arutyunyan Ermənistan prezidenti olur-İRƏVAN ÇALXALANIR
Azia.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistanda hakim komandada Ermənistan Respublikasının prezidentliyinə namizəd olaraq eks təhsil və elm naziri, hazırda isə baş nazirin aparat rəhbəri Arayik Arutyunyan irəli sürüləcəyi ilə bağlı söhbətlər getməyə başlayıb.
Məlumata görə, Arayik Arutyunyanın ölkə prezidentliyinə namizədliyinin belə hallanması ictimaiyyət tərəfindən kəskin tənqid edilib. Eyni zamanda Arayik Arutyunyana nifrət edən siyasi qüvvələr belə bir şeyin olacağı təqdirdə İrəvanda aksiyalara başlayacaqlarını bəyan ediblər.
Məlumata görə,hakim komandanın içərisində də Arayik Arutyunyan namizədliyinin irəli sürülməsinə qarşı çıxanlar ciddi şəkildə etirazlarını açıqlayıblar.
Hakim komanda Ararat Mirzoyan, Alen Simonyan, hətta Aram Sarkisyanın namizədliyini irəli sürərək başqa namizədlər axtarır, lakin Paşinyan bu 4 ildə heç vaxt sədaqətini və itaətkarlığını şübhə altına almadığı birini irəli sürməyə meyllidir və belə insanlar isə azdır.