azia.az
azia.az

Erməni yazıçı: “Karapetyan Qarabağa getməməli idi!” - VİDEO

17-11-2021, 16:08

Erməni yazıçı: “Karapetyan Qarabağa getməməli idi!” - VİDEO
Erməni yazıçı-publisist Levon Drnoyan Ermənistan rəhbərliyini Azərbaycana qarşı təxribatlarda ittiham edib.

Bu barədə “Caliber”in növbəti süjetində qeyd olunub.

Sosial şəbəkə hesabında erməni xalqına müraciət edən Levon Drnoyan fikirlərini “erməni emosionallığı”na qapılmadan qiymətləndirməyi tövsiyə edib.

Erməni yazıçı kapitulyasiya aktının imzalanmasının ildönümü ərəfəsində Nikol Paşinyanın müdafiə naziri (keçmiş) Arşak Karapetyanı Qarabağa göndərməklə özünü təxribat törətdiyini bildirib. Levon Drnoyanın sözlərinə görə, bununla erməni baş nazir beynəlxalq hüququ kobud şəkildə pozub.

“Azərbaycan bu addıma cavab olaraq müharibə elan edə bilərdi və beynəlxalq hüquq da onun tərəfində olardı”, - deyə L.Drnoyan bildirib.

Ətraflı “Caliber”in süjetində:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi