azia.az
azia.az

Ərdoğan: "Qarabağ müharibəsi və pandemiya türk dünyasının önəmini göstərdi"

19-02-2021, 18:43

Ərdoğan: "Qarabağ müharibəsi və pandemiya türk dünyasının önəmini göstərdi"
“Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin önəmini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir, 300 milyonluq çox böyük bir ailə olduğumuzu təkrar gördük. Qarşıdakı müddətdə bu bağları gücləndirmək, aramızdakı əməkdaşlığı daha da inkişaf etdirməliyik”.

Azia.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dünyası Meteoroloji Forumuna göndərdiyi təbrik məktubunda belə deyilir.

“Türk dünyası olaraq arxada qoyduğumuz müddətdə koronavirus pandemiyası səbəbi ilə aralarında dostlarımızın, sevdiklərimizin də olduğu bir çox insanı itirmə kədərini yaşadıq. Amma yenə də eyni dönəmdə 30 illik işğalın ardından Dağlıq Qarabağın yenidən ana vətənə qovuşması sevincini ürəkdən hiss etdik”, - deyə Prezident vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi