azia.az
azia.az

İslam dünyası Ramazan ayını eyni tarixdə qeyd etmək üçün bir araya gəlir

4-06-2016, 06:53

İslam dünyası Ramazan ayını eyni tarixdə qeyd etmək üçün bir araya gəlir Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı, Avropa Fətva və Araşdırma Məclisi, Boğaziçi Universiteti Kandilli Rəsədxanası və İslam Hilal Gözlem Projesinin birgə təşkilatçılığı ilə 28-30 may tarixlərində İstanbulda Beynəlxalq Hicri Təqvim Birliyi Konqresi keçiriləcək.

Gün.Az-ın məlumatına görə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi Konqresə müxtəlif ölkələrdən İslam alimləri, dövlət rəsmiləri qatılacaqlar.
Konqresin keçirilməsində əsas məqsəd vahid hicri təqvim layihəsinin, bütün müsəlman dünyasının Ramazan ayına eyni vaxtda başlaması və Ramazan bayramını eyni gündə qeyd etməsi məsələlərinin müzakirəsidir.
50 ölkədən 171 nümayəndənin iştirakı gözlənilən Konqresdə Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev təmsil edəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi