azia.az
azia.az

İlham Əliyev: "Azərbaycan xalqı türk xalqının yanındadır"

18-02-2016, 12:41

İlham Əliyev: "Azərbaycan xalqı türk xalqının yanındadır" Prezident İlham ƏliyevAzərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Azərbaycan prezidenti Ankarada baş vermiş terror hücumunda həlak olanlar üçün başsağlığını çatdırıb. “Bu ağır günlərdə Azərbaycan xalqı hər zaman olduğu kimi, türk xalqının yanındadır ”, - deyə dövlət başçısı vurğulayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş vermiş faciə ilə əlaqədar Bakıya gələ bilməməsini anlayışla qarşıladıqlarını söyləyən prezident İlham Əliyev mühüm məsələləri əhatə edən və geniş gündəmi olan toplantının yaxın zamanlarda gerçəkləşdiriləcəyini də diqqətə çatdırıb.
M. Çavuşoğlu başsağlığı diləklərinə və dəstəyə görə İlham Əliyevə təşəkkür edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi