azia.az
azia.az

İlham Əliyev: “Türkiyə xalqı Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıq göstərdi”

10-10-2016, 17:16

İlham Əliyev: “Türkiyə xalqı Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıq göstərdi”
“Türkiyə bu ilin iyul ayında çətin bir sınaqdan şərəflə çıxdı”

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıq göstərdi:

“Onlar Türkiyədə hərbi çevrilişə cəhdin qarşısını aldılar, dövlətçiliyini qorudular. Bundan başqa, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qurdular. Biz Azərbaycanda sizinlə fəxr edirik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi