azia.az
azia.az

Azərbaycanda tanınmış klinika məhkəməyə verildi

24-06-2022, 10:55

Azərbaycanda tanınmış klinika məhkəməyə verildi
Tanınmış özəl klinika “Bona Dea” məhkəməyə verilib.

Azia.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Mərkəzi Bank tərəfindən hospital barəsində cərimə protokolu tərtib olunub və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
“Bona Dea” rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Belə ki, hospital xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin qarşılığında hər hansı xidmət almayıb. Ölkədən çıxarılan valyuta isə geri qaytarılmayıb.

Əldə etdiyimiz məlumata görə, hospitala 2 epizod üzrə protokol tərtib olunub. Protokollara əsasən, ümumilikdə ölkədən çıxarılan valyutanın məbləği 64 min dollara (109 min manat) yaxındır. Protokollar üzrə müddəa təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğində (təxminən 32 min manat) cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Bona Dea” 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Hospital iş adamı Faiq Əliyevin biznesinin bir hissəsidir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi