Azərbaycan Tibb Universitetinə cərimə protokolu tərtib edildi
Azərbaycan Tibb Universitetinə cərimə protokolu yazılıb.
Universitet barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.
Daha sonra protokollar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İddia hakim Babək Pənahovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Mənbə:My Webpage