azia.az
azia.az

Mərkəzi Bank bu restorana protokol yazdı

20-05-2022, 08:41


“Baku Gourmet House” MMC-yə cərimə protokolu yazılıb.

Mərkəzi Bank bu restorana protokol yazdı

Məlumata görə, MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.



Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.



İddia hakim Hafiz Kamranovun icraatına verilib.



Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.



Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi