azia.az
azia.az

Dərman şirkətinə cərimə protokolu yazılıb

1-04-2022, 14:43

Dərman şirkətinə cərimə protokolu yazılıb
Azərbaycanda dərman şirkətinə cərimə protokolu yazılıb.

"Zeytun Pharmaceuticals” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Mətanət Hacıyevanın icraatına verilib. Məhkəmə iclasının vaxtı məlum deyil.

Bu xətaya görə, vəzifəli şəxslər 1 000 məbləğində, hüquqi şəxslər 1 500 məbləğində cərimə edilir.(Report)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi