azia.az
azia.az

"Sədərək" rəhbərliyi ölkədən çıxardığı valyutanı geri qaytarmayıb - RƏSMİ İTTİHAM

25-04-2022, 11:01

"Sədərək" rəhbərliyi ölkədən çıxardığı valyutanı geri qaytarmayıb - RƏSMİ İTTİHAM
"Sədərək" Ticarət Mərkəzi barəsində məhkəmə iddiası qaldırılıb.

İddianı qaldıran qurum Mərkəzi Bankdır. Belə ki, ticarət mərkəzinin rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozub. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunub. Müddəanın tələblərinə əsasən, şirkət rəhbərliyi avans yolu ilə ölkə xaricinə çıxardığı valyuta qarşılığında hər hansı xidmət almayıb və valyuta xaricdən ölkəyə geri qaytarılmayıb.

Protokola Qaradağ Rayon Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.

Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi Qafqazın ən böyük bazarı hesab olunur və böyük dövriyyəyə malikdir.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi