azia.az
azia.az

Azərbaycanda formalaşdırılan sperma bankı: - Doğulan uşaqlar vələdüzzina olacaq?

25-04-2022, 14:14

Azərbaycanda formalaşdırılan sperma bankı: - Doğulan uşaqlar vələdüzzina olacaq?
Azərbaycanda sonsuzluqla mübarizə çərçivəsində sperma bankının formalaşdırılması ilə bağlı Mərkəzi Klinikanın əməkdaşının yerli KİV-yə müsahibəsi geniş müzakirələrə səbəb olub. Bir çox kəsim sperma bankına müraciət nəticəsində doğulan uşaqların vələdüzzina olacağını bildirir.

Bəs bu iddialar nə qədər doğrudur? İslam dinində bununla bağlı hansısa bir müddəa varmı? Bu sualları ilahiyyatçı Elşad Miriyə ünvanladıq. Elşad Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, sperma bankına müraciət nəticəsində dünyaya gəlmiş uşaqlara heç kəs vələdüzzina deyə bilməz:

“Zinanın nə olduğu ilə bağlı konkret müddəa var. Bu baxımdan, həmin uşaqlara vələdüzzina demək doğru olmaz. Çünki onların valideynlərinin kimliyi bəlli olur.

Lakin bu mənim şəxsi fikrimdir ki, belə bir şeyin həyata keçirilməsi doğru deyil. Çünki bir müddət sonra prosesin bazar halını alacağını düşünürəm”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi