azia.az
azia.az

İslamda "4 arvad almaq" yoxdur - Elşad Miridən AÇIQLAMA

3-04-2022, 16:58


Son zamanlar xəyanət üstündə dağılan ailələrin sayı artır. Bəzi kişilər İslamda 4 qadınla ailə qurmaq icazəsinə söykənərək, özlərinə bəraət qazandırırlar. Lakin, təbii ki, qadınlar buna etiraz edirlər. Bəs, həqiqətənmi 4 qadınla evlənmək caizdirmi? Bunun şərtləri varmı?
İslamda "4 arvad almaq" yoxdur - Elşad Miridən AÇIQLAMA
Məsələ ilə bağlı Sonxeber.az-a ilahiyyatçı Elşad Miri açıqlama verib.

O bildirib ki, əslində söhbət evlilikdən yox, himayədarlıqdan gedir:

"Nikahlanma sözünü biz evlənmək, ər-arvad münasibəti kimi qəbul edirik. Amma həmin o nikahlanmaq sözünü himayə götürmək kimi tərcümə etsək, daha doğru olar. Çünki həqiqətdə bir kişi nikahlanmaqla qadını himayəsinə götürmüş olur.

Burada 2,3 və ya 4 qadınla evlənmək məsələsi deyil. Ümumiyyətlə, bu məsələlərlə bağlı konkret olaraq bir ifadə söyləmək mümkün deyil. Çünki əgər elə bir şey olmuş olsaydı, Peyğəmbərimiz cəmi 4 qadınla evlənmiş olardı, halbuki onun 4-dən artıq xanımı var idi. Məgər peyğəmbər "Quran"a qarşı çıxır? Və ya bu ayə gələndən sonra Peyğəmbər xanımlarından boşandımı? Xeyr. Niyə boşanmadı?

Məsələyə başqa prizmadan yanaşmaq lazımdır. Ərəb dilində "zəvvəcə" sözü var. "Zəvvəcə" sözü ilə eyni köklü olan "zövc" sözü həyat yoldaşı mənasını verir və həm qadın, həm kişiyə aiddir. Bu, evli olmaq, ər-arvad münasibəti anlamındadır.

Lakin nikahlanmaq bu münasibətlərin olduğu bir evlilik deyil. Himayəyə götürməkdir. "Nisa" surəsinin 3-cü ayəsində deyilən "fənkihu" sözü ilə ifadə olunan məsələ də məhz budur".

İlahiyyatçı sonda vurğulayıb ki, əgər məsələ sırf evliliklə əlaqəli olsaydı, o zaman belə bir sual yaranardı: "Niyə məhz ayənin əvvəlində yetim qızlarla bağlı məsələ gündəmə gəlir?"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi