İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, ilahiyyatçı Hacı Surxay Həsənlinin spirtli içki içilən masanın arxasında çəkilən fotogörüntüsü sosial mediada müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Hacı Surxay danışmaq istəməyib. Məsələ ilə bağlı açıqlama verən ilhaiyyatçı Elşad Miri sözlərinə görə, “Qurani-Kərim”də spirtli içkinin içməyə görə cəzanın olmadığı bildirilib.“İlhaiyyatçının spirtli içki məclisində iştirak etməsini müzakirə edən şəxslər dini düşüncədən yoxsuldurlar. İslam peyğəmbəri büdpərəstlərin, Allaha ortaq qoşan şəxslərlə bir yerdə oturub onlara haqqı çatdırırdı. Halbuki Allaha şərik qoşmaq ən böyük günahdır. Amma “Qurani-Kərim”də spirtli içkinin içməyə görə cəza yoxdur. Ona görə də biz kimik ki içki məclisində olan şəxs haqqında fətva verək”. //bizimyol.info