azia.az
azia.az

Mobil telefonu şalvarın cibinə qoymayın, yoxsa... – KİŞİLƏR, DİQQƏT

16-03-2016, 21:22

Mobil telefonu şalvarın cibinə qoymayın, yoxsa... – KİŞİLƏR, DİQQƏT Mütəxəssislər mobil telefon istifadəsinin spermaları “bişirdiyi” və sperma səviyyəsini aşağı salması ilə bağlı xəbərdarlıq edir.

Son araşdırma zamanı mobil telefonu testislərin (xayaların) yaxınlığında tutmağın sperma səviyyəsini ciddi şəkildə aşağı saldığı və nəsil artırmaya mənfi təsir etdiyi müəyyənləşib. 100-dən çox kişinin yoxlandığı araşdırmanın sonunda mobil telefonunu gün boyunca ciblərində daşıyan kişilərin yüzdə 47-nin sperma səviyyələrini azaltdığı təsbit edilib.
Kişilərin bir çoxu telefonu yataqlarının bir neçə sm uzaqlığında saxlayır.
Telefonu yatağın yanındakı kiçik şkafın üzərində saxlamaq belə, sperma hüceyrəsi sayını aşağı salır.
Şərq ölkələrindəki kişilərin sperma sayı getdikcə düşür və bunların yüzdə 40 faizində ciddi şəkildə sonsuzluq problemi görülüb. Buna görə mütəxəssislər “kişilər öz sağlamlıqlarını düşünməli və mobil telefon asılılığından xilas olmağa çalışmalıdırlar”, - deyirlər.
Aile.lent.az bu cür problemlə qarşılaşmamaq üçün kişilərə bunları tövsiyə edir:
İşə gedərkən kostyum geyinirsinizsə, mobil telefonu testislərin yaxın ciblərinə deyil, sinə cibinə qoyun. Bu, sperma sayının düşmə riskini azaldacaq.
Mobil telefonu yatağınızın yanındakı şkafın üzərinə qoymayın. Hətta bəzi kişilər mobil telefonu yataqda ikən pijamalarının cibinə qoyurlar. Yanlışdır!
Unutmayın ki, bu araşdırma kişilərə uşaq sahibi ola bilmə şanslarını artıra bilmələri üçün vərdişlərini dəyişdirməklə bağlı bir xəbərdarlıqdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi