Azərbaycanda koronavirusun "Mu" ştammı aşkar edilib? - RƏSMİ AÇIQLAMA
"Hazırda müvafiq yoxlamalarda hələ ki, koronavirusun yeni ştammı ("Mu") aşkar edilməyib.
Azia.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev deyib.
O bildirib ki, ölkəyə xaricdən daxil olan, ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr daimi toplanılır və analiz edilir.