azia.az
azia.az

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin foyesindəki bankomat – NƏ QƏDƏR VƏ NİYƏ YIĞILIR?

22-02-2020, 14:09

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin foyesindəki bankomat – NƏ QƏDƏR VƏ NİYƏ YIĞILIR?
Məlum olduğu kimi, 2020-ci ilin 1 yanvarından qüvvəyə minən İcbari Tibbi Sığorta haqda qanun il ərzində ölkəmizin müxtəlif bölgələrində mərhələli şəkildə tətbiq olunmağa başlayıb. Dördüncü mərhələdə, 1 oktyabr tarixindən etibarən Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi də icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək.O zamana qədər isə paytaxtda və adı çəkilən şəhərlərdə dövlət səhiyyəsi əhaliyə ödənişsiz xidmət göstərməlidir.

Anmma Sfera.az-a daxil olan məlumata görə, bu gün bütün qanunlara zidd olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzində açıq xəzinə fəaliyyət göstərir. Mərkəzin foyesində bankomat aparatı da qoyulub. Mərkəzdə qeydiyyatda olan xəstələrdən və müayinə üçün müraciət edən insanlardan göstərilən xidmətlərə görə bəlli məbləğ alınır, daha doğrusu, hər bir xidmət növünün öz qiyməti var.

Müştərilərə rəsmi preyskurant təqdim edilməsə də, qeydiyyat şöbəsindəki kompyüterdə bütün analizlərin qiyməti səliqəli və arddıcıl şəkildə əks olunub. Həmin ödənişlərdən tibbi personala heç bir əlavə haqq ödənilmir, üstəlik ay yarı olsa da, mərkəzin əməkdaşları əmək haqqlarını almayıblar.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin foyesindəki bankomat – NƏ QƏDƏR VƏ NİYƏ YIĞILIR?
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin foyesindəki bankomat – NƏ QƏDƏR VƏ NİYƏ YIĞILIR?
Sfera.az-ın mərkəzə ezam olunan əməkdaşı sözügedən özbaşınalığı şəxsən müşahidə edib. Onun qeydiyyat şöbəsində qan analizi üçün ödəniş edib aldığı qəbzlər də deyilənlərin əyani sübutudur. Həmin qəbzlərin və bankomat aparatının fotosunu oxucularımıza təqdim edirik.Onu da qeyd edək ki, Respublika Prezidentinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında 23 dekabr tarixli Fərmanının müvafiq bəndində göstərilir ki, mərkəz dövlət qeydiyyatına alındığı günədək Talassemiya Mərkəzi publik hüquqi şəxs və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu fəaliyyətlərini davam etdirsinlər.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin foyesindəki bankomat – NƏ QƏDƏR VƏ NİYƏ YIĞILIR?
Amma fərmana zidd olaraq, dekabrın 30-da bu iki səhiyyə müəssisəsi birləşdirilərək Milli Hematologiya və Transfuziologiya Mərkəzi kimi fəaliyyətə başladı və yeni təyin olunmuş icraçı direktor Valeh Hüseynov qanunsuz olaraq açıq xəzinə sisteminin tətbiqinə rəvac verdi.

Ölkə Prezidenti dəfələrlə öz çıxışlarında korrupsiyayla mübarizəyə çağırıb. Bu baxımdan, inanırıq ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzindəki qanunsuzluqlar onun sərt reaksiyasına səbəb olacaq və bununla bağlı ciddi tədbirlər görüləcək. Eyni zamanda Səhiyyə Nazirliyindən də sözügedən faktlarla bağlı açıqlama gözləyirik. Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi