"Azia.az" xəbər verir ki, Aktrisa Pərvin Abıyevanın açıqlaması müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçilərinə üzünü tutan sənətçi onları tənqid edib:
“Ölkəmiz nə qədər müasirləşsə, gözəlləşsə də, düşüncə tərzimiz hələ də köhnədir. Aktrisa, aparıcı ya da müğənni oldunsa, fahişəsən. Azad yaşadın fahişəsən, boşandın fahişəsən. Söyüşlərinizi özünüzə saxlayın. Mən kiminsə alqışı ilə doğulmamışam ki, qarğışı ilə də gedəm”, - deyə Pərvin bildirib.
Qeyd edək ki, Abıyeva paylaşımlarına görə ən çox tənqid və müzakirə olunan məşhurlar sırasındadır.
Aybəniz Abdulova