azia.az
azia.az

Aparıcı-aktrisa Aysel Nazim Türkiyə səfərindən danışdı

15-02-2016, 09:18

Aparıcı-aktrisa Aysel Nazim Türkiyə səfərindən danışdı Tanınmış aparıcı-aktrisa Aysel Nazim bu yaxınlarda Türkiyə səfərindən qayıdıb.
Aysel Nazim səfərdə baş tutanlarla bölüşüb. İlk öncə Türkiyənin gözəl bölgəsi Alaniyada olub və orada bir sıra görüş keçırən Aysel Nazim Alaniya Bələdiyyə Başkanı Adem Murat Yücellin qonağı olub və Başkan haqda reportaj hazır edib. Reportaj zamanı Başkan Alaniyanın tarihi və turizm sahələrindən bəhs edib və Azərbaycan haqqında böyük maraqla fikirlərilə bölüşürdü. Bundan başqa Alaniyada Aysel Nazim lüks tipli yaşayış kopleksi ilə tanış olub.
Stambulda isə Aysel Nazim dostu olan tanınmış mügənni Barış Kömürçüogluilə görüşüb. Çoxsaylı görüşlər içində ən yadda qalan isə Barış Mançonun kliplərinin rejissöru dostu və Türkiyənin tanınımış televizyonçusu Erkmen Sağlamın evində qonag olub. Və bu ziyarət zamanı Erkmen Sağlam Aysel Nazimə birlikdə edəcəkləri yeni telelayihəni təqdim edib. Yaxın zamanlarda bu haqda daha ğeniş məlumat verəcəyik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi