Azia.az: Rusiyalı teatr və kino aktrisası Olqa Yefremova “Moskva-Baku”ya müsahibəsində Azərbaycana sevgisindən danışıb.
Oxu.Az xəbər verir ki, aktrisa bir neçə dəfə Azərbaycanda olduğunu və burada qohumlarının yaşadığını bildirib.
“Mən Azərbaycanda bir neçə dəfə olmuşam. Bakıda mənim qohumlarım yaşayır, bu şəhəri sevirəm. Yerli qutabı çox sevirəm. Dünyada qutabdan dadlı heç nə ola bilməz, ən yaxşıları isə Bakıdadır”, – Yefremova deyib.
Olqa Yefremova – tanınmış rusiyalı aktrisa, məşhur Yerfemovlar sülaləsinin nümayəndəsidir. O, rejissor və aktyor Oleq Yefremovun nəvəsi, teatrşünas Anastasiya Yefremovanın qızıdır.
Olqanın əsas işlərindən biri bu ilin yayında rusiyalı müğənni Dima Bilanın “Pyanaya lyubov” (Sərxoş sevgi) klibində çəkilməsi oldu. Klip qısa zamanda hitə çevrilib.