Rəhim Rəhimlidən həmkarlarına tənqid
Müğənni Rəhim Rəhimli həmkarlarını tənqid edib
Axşam.az-ın məlumatına görə, ifaçı “Nuş olsun” verilişində sənət adamlarının efirdə kədərli həyatlarını reklam etməsinə qarşı olduğunu deyib:
“Çıxırlar efirə, başlayırlar ki, “Peraşki satırdım, yoldaşımdan boşandım” kimi danışmağa. Əgər mən həyatımı danışsam, hamı dəsmal götürüb ağlayacaq. Amma bu nəyə lazımdır?
Sənətçi səhnədə performans göstərmək, tamaşaçını əyləndirmək üçündür. Durub keçmişindən danışmaq olmaz. Onsuz gün ərzində xəbərlərdə nə qədər bəd hadisələri izləyirik”.