Müğənni və aparıcı Murad Arifin “MTV Azərbaycan”da və “Youtube” kanalında yayımlanan “Popumuz var” adlı verilişinin budəfəki buraxılışı böyük müzakirələrlə yadda qalıb.
Azia.Az xəbər verir ki, buna proqramda Damlanın qonaq olması səbəb olub.
Belə ki, sosial şəbəkə izləyiciləri Muradı tənqid edərək, Damlanın qonaq kimi dəvət edilməsini qəbul etməyiblər.
“Fərqli insanları, TV-lərə çıxışı olmayan, cəmiyyətdə tanınan insanları çağırsanız, daha yaxşı olar”, “Damlanı qonaq çağırana kimi bu veriliş əla gedirdi”, - deyə izləyicilər yazıblar.