azia.az
azia.az

Azərbaycanlı qadın boksçu Sofiyada medal qazandı

19-02-2019, 12:03

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə ənənəvi “Stranca” turnirində yarımfinal mərhələsinin döyüşləri başa çatıb.

Azia.Az xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin iki üzvü də qüvvəsini sınayıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev üçüncü sınağında amerikalı Riçard Toreslə üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Komandamızın digər boksçusu Aynur Rzayeva (-75 kq) da yarımfinalda büdrəyib və Naomi Qrehem (ABŞ) həlledici qarşılaşmaya vəsiqə qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi