azia.az
azia.az

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

29-10-2017, 09:04

Türkiyənin Antalya şəhərində keçirilən gənc boksçular arasında Avropa birinciliyində finalçıların adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 2 boksçusu da adını həlledici döyüşə yazdırıb.

Belə ki, baş məşqçi Vaqif Şirinovun yetirmələrindən Amin Kuşkov yarımfinal görüşündə İvan Papakinlə (Ukrayna) üz-üzə gəlib. 75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz rəqibinə heç bir şans verməyib - 5:0.

O, finalda rusiyalı Daniel Teterevlə qüvvəsini sınayacaq.

Kuşkovun uğurunu Məhəmməd Abdullayev (+91 kq) də davam etdirib. İlk 2 görüşünü nokautla bitirən idmançımız Yosip Biletiç (Xorvatiya) üzərində də texniki qələbə qazanıb. O, bu dəfə rəqibini 3-cü raundda nokauta salıb.

Abdullayev qızıl medal üçün Yunanıstanı təmsil edən Vaqkan Nanitzanyanla qarşılaşacaq.

Yarımfinalda mübarizə aparan digər 2 boksçumuz finala yüksələ bilməyib. Həsən İbrahimov (49 kq) Sahil Alahverdovıya (Gürcüstan), Surət Qarayev (81 kq) Ruslan Kolesnikova (Rusiya) məğlub olduqlarından birinciliyi bürünc medalla başa vurublar.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi