İdmançılarımız Rusiyada iki qızıl, bir bürünc qazandı - Foto
Rusiyada keçirilən taekvondo üzrə G1 kateqoriyalı “Russian Open” beynəlxalq turnirinə yekun vurulub.
Azia.azxəbər verir ki, Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə Olimpiya komandasının iki üzvü yarışın sonuncu günündə medal qazanıb. Turnirdə 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev turnirin qalibi olub. Digər idmançımız Minayə Əkbərova (46 kq) isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənib.
Xatırladaq ki, yarışın ilk günündə Hatəm Həsənli (45 kq) qızıl medal qazanmışdı.
Beləliklə, turnirdə dörd idmançı ilə təmsil olunan komandamız yarışı iki qızıl və bir bürünc medalla başa vurublar.
Komandamız yarışda Əməkdar məşqçi Məmməd Abdullayevin və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi ilə mübarizə aparıb.