azia.az
azia.az

Azərbaycan finalda 6 boksçu ilə mübarizə aparacaq

18-05-2017, 08:50

Azərbaycan finalda 6 boksçu ilə mübarizə aparacaq


IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 1/2 final mərhələsi başa çatıb. Yarımfinalda rinqə sonuncu çıxan yığmamızın üzvü Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb.

“Qafqazinfo” xəbər verir ki, +91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz bu dəfə Hüsseyn İaşaişi (İordaniya) məğlub edib. Məcidov 4:0 hesabı ilə qalib gəlib.

O, finalda Manaf Asaadla (Suriya) qarşılaşacaq.

Qeyd edək ki, sabah keçiriləcək həlledici qarşılaşmalarda Azərbaycan 6 boksçu ilə mübarizə aparacaq. Məcidovla yanaşı, Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) və Teymur Məmmədov (91 kq) çempion titulu uğrunda yarışacaq. Komandamızın heyətində Tayfur Əliyev (56 kq) isə çıxışını bürünc medalla başa vurub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi