azia.az
azia.az

VI İslam Həmrəyliyi Oyunları çərçivəsində boksçularımız 6 medal qazandı

Bu gün, 11:39

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışları davam edir. Xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən Aynur Mikayılova bu gün final görüşünə çıxıb.

İdmançımız özbəkistanlı Khumorabonu Mamajonova ilə üz-üzə gəlib.

Təmsilçimiz bu görüşdə məğlub olaraq gümüş medala sahib çıxıb.

Qeyd edək ki, bu nəticə ilə boksçularımız VI İslam Həmrəyliyi Oyunlarını 1 qızıl, 3 gümüş, 2 bürünc olmaqla, ümumilikdə 6 medalla başa vurublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi