Azərbaycan dünya çempionatından buna görə imtina etdi
Azərbaycan hərbçilər arasında futbol üzrə dünya çempionatına ev sahibliyi etməkdən imtina edib.
Xəbərə görə, iyulun 20-də "deadline" bitib.
Gənclər və İdman Nazirliyindən Beynəlxalq Hərbi İdman Şurasına (CISM) 2025-ci ildə bu yarışı keçirə bilməyəcəkləri bildirilib. Buna səbəb 2025-ci ildə ölkəmizin III MDB Oyunlarına ev sahibliyi etməsidir.
Qeyd edək ki, hərbçilər arasında futbol üzrə ilk dünya çempionatı 2013-cü ildə Azərbaycanda keçirilib.