Xanım Türk tennisçi 67 yaşında dünya çempionatına qatılacaq
Xanım Türk tennisçi 67 yaşında dünya çempionatına qatılacaq
Seyhan Tülay Mungan adlı xanım tennisçi 67 yaşında dünya çempionatına qatılacaq
DÇ-də Türkiyəni təmsil edəcək qadın idmançının yaşı hamını şoka saldı
İspaniyanın Malyorka şəhərində veteran tennisçilər arasında dünya çempionatı keçiriləcək.
Xəbər verirlir ki, Türkiyəni yarışda təmsil edəcək idmançılardan birinin yaşı hər kəsin təəccübünə səbəb olub. Belə ki, Seyhan Tülay Mungan adlı xanım tennisçi 67 yaşında dünya çempionatına qatılacaq.
45 yaşında tennisə başlayan Seyhan Tülay Mungan hazırda gündə 4 saat məşq etməklə dünya çempionatına hazırlaşır. Veteran tennisçi sağlamlığı qaydasında olduğu müddətdə tennislə məşğul olacağını bildirib.
Qeyd edək ki, 25 yaşlı qızını yol qəzasında itirən Seyhan Tülay Munganın həyat yoldaşı da bir neçə il əvvəl dünyasını dəyişib.