YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbi 1-ci Rəqəmsal İdeya Müsabiqəsi keçirib
Mayın 19-da Bakı Ali Neft Məktəbində (BANM) Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi və Ali Məktəbin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş 1-ci Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasim 1-ci Rəqəmsal İdeya Müsabiqəsi barədə videoçarxın nümayişi ilə davam etdirilib.
Sonra YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov müsabiqə barədə hesabat təqdim edərək bildirib ki, əsas məqsədimiz partiyanın gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkarlanması, komanda quruculuğu bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakının artırılmasıdır. Müsabiqə üçün respublikamızın 60 şəhər və rayonundan 1361 nəfər qeydiyyatdan keçib. Müraciət edənlər arasından 23 fərqli şəhər və rayonu təmsil edən 120 iştirakçı layihədə iştirak şansı qazanıb və bu iştirakçıların 55 nəfəri kişi, 65-i isə qadındır.
Bakı Ali Neft Məktəbinin rektoru, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov qonaqları salamlayaraq bu müsabiqənin gənclərin inkişafında, onların potensiallarının, bilik və bacarıqlarının artırılmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirib: “Əmək bazarının tələblərinə uyğun peşəkar mütəxəssislər yetişdirən Ali Məktəb olaraq gənclərin inkişafına dəstək verən bu cür tədbirləri təşkil etməkdən qürur duyuruq. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə birgə təşkil etdiyimiz bu müsabiqə innovasiya yönümlü gənclərin istedadlarını nümayiş etdirməsi üçün xüsusi fürsətdir. Əminəm ki, bu müsabiqə innovativ yanaşmaları ilə fərqlənən gənclərə böyük fayda verəcək”.
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov çıxışında YAP Gənclər Birliyi və BANM tərəfindən bu layihənin təşkil olunmasını yüksək qiymətləndirib və müsabiqənin Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb etdiyini qeyd edib. O, SOCAR-ın da gənclərin inkişafına xidmət edən müxtəlif təqaüd proqramları həyata keçirdiyini, bu proqramlardan yüzlərlə gəncin yararlandığını vurğulayıb.
Mərasimdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov vurğulayıb ki, Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsində ölkəmizdə yüksək intellektli, vətənpərvər, bilikli və bacarıqlı gənc nəsil formalaşıb. Onun sözlərinə görə, ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında da böyük gənclər ordusu birləşib: “Yeni Azərbaycan Partiyası